18-22 aprel 2018-ci il tarixində Antalya şəhərində Türk Diabet Cəmiyyəti və Türkiyə Diabet Fondu tərəfindən təşkil olunmuş 54-cü Beynəlxalq Diabet Konqresinə Azərbaycan Diabet Liqası da dəvət olundu. Təşkilat bu dəvəti məmnuniyyətlə qəbul edərək, həkim-endokrinoloqlarla birgə burada iştirak etdi. Türk həmkarlarımıza, professorlara, təşkilatçılara, bizim iştirakımızı orada mümkün edən hər kəsə və çox aktiv, həvəslə iştirak edən gənc həkimlərimizə təşəkkür edirik!