Loading...

Hörmətli oxucularımız! Bu il Azərbaycan Diabet Liqası İctimai Birliyinin 20 illik yubleyidir. 2020-ci ilin əvvəlindən COVID-19 pandemiyası bütün dünyada olduğu kimi Azərbaycanda da öz fəsadları ilə cəmiyyətin fəaliyyətini iflic etdi. Lakin ilin sonunda bədnam düşmənlərimizin əməlləri nəticəsində Azərbaycanda Vətən müharibəsi başladı. Təxminən 30 illik Qarabağ uğrunda gedən müharibə 44 gün ərzində Azərbaycanın qələbəsi ilə nəticələndi. Bu tarixi hadisə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin apardığı düzgün siyasət, hərbi qüvvələrimizin düzgün strategiyası, əsgərlərimizin qəhrəmanlığı, xalqımızın birliyi, türk dünyasının həmrəyliyi sayəsində qələbə ilə nəticələndi. “Qarabağ Azərbaycandır!”. ADL-in yubileyi üçün həyatda bundan gözəl hədiyyə ola bilməzdi. Ümumdünya Diabet Günündə ADL-in 12 nəfərdən ibarət bir qrup üzvü (pandemiya ilə əlaqədar balaca qrup) ADL adından Ulu Öndər Heydər Əliyevin məzarını gül dəstələri ilə yad etdi, dualar oxundu. Sonra vətənə həyatlarını qurban vermiş Şəhidlərimizin ruhunu anmaq üçün təşkilatımız adından Şəhidlər Xiyabanına gül çələngi qoyuldu. Allah vətən torpağı uğrunda canlarını vermiş Vətən övladlarına rəhmət etsin! Şəhidlər ölməz, Vətən bölünməz!

Paylaş: