ƏN ÇOX VERİLƏN SUALLAR

Təşkilata necə üzv ola bilərik?


Təşkilata üzv olmaq üçün saytımızın əsas səhifəsində gördüyünüz "Bizə Qoşul" butonuna və ya digər səhifələrdə də olan "Könüllü ol" butonuna tıklayaraq açılan anket formu doldurub göndərməlisiniz.

Anketi bacardığınız qədər ətraflı və aydın doldurmağınız xahiş olunur. Sorğunuza tezliklə cavab veriləcəkdir.

Təşkilata üzv olmaq üçün hər hansı bir tələb varmı? Birdəfəlik və ya davamlı şəkildə ödəniş tələb olunurmu?


Təşkilata üzv olmaq üçün heç bir tələb və ya şərt yoxdur. Sadəcə olaraq, aktiv şəkildə öz fəallığını göstərən və göstərməyən üzvlər vardır.

Üzvlük haqqında heç bir ödənişdən söhbət gedə bilməz. Bu, tamamilə ödənişsizdir.

Diabeti olmayan insanlar da təşkilata üzv ola bilərmi?


Azərbaycan Diabet Liqası hər kəs üçün açıq olan ictimai birlikdir.

Təşkilatımıza diabetli insanlarla yanaşı diabeti olmayan insanlar da üzv ola bilər.

Üzvlərin fəallığı dedikdə nə nəzərdə tutulur?


Hər bir üzv ixtisasına, bacardığı işlərə uyğun olaraq təşkilata öz töhvəsini verə bilər.

Hal-hazırda fəal üzvlərimiz sırasında olan bir neçə gəncimizlə saytın "Könüllülərimiz" bölməsindən tanış ola bilərsiniz.

Birbaşa təşkilat rəhbəri ilə necə əlaqə qurmaq olar?


Saytda tək təşkilat rəhbərilə deyil, eləcə də digər həkimlərlə və digər təşkilat üzvlərilə birbaşa əlaqə qurmaq istəyən insanlar üçün öz razılıqları ilə onların sosial şəbəkə linkləri yerləşdirilib.

Təşkilat rəhbəri - Respublika Endokrinoloji Mərkəzin (REM) həkim-endokrinoloqu Yeganə Sultanova ilə görüşmək istəsəniz, sadəcə olaraq əvvəlcədən (012)4980071 nömrəsilə əlaqə saxlayıb görüş barədə xəbərdar etməyiniz tələb olunur. Həkim REM'in 2-ci korpusu, Endokrinologiya şöbəsində işləyir.