Bu gün Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa regionu üzrə toplantısı həyata keçirildi.
Mövzu: "Xəstəxanalar, öz təyinatına uyğun".
Açılışda çıxış edənlərdən biri də Azərbaycan Diabet Liqasının sədri Yeganə Sultanova idi:
Çox şadam ki, mənim mesajların bir başa səhiyyəmizin başqanları qarşısında səsləndi. Ən əsas və aktual mesajlarım:
- Ağır vəziyyətdə xəstəxanaya düşmüş pasiyentlər tam sağalana (əgər kəskin xəstəlikdirsə) və tam kompensasiya vəziyyətinə qədər (əgər xroniki xəstəlikdirsə) tibbi nəzarət altında olmalıdır. Davamlı müalicə reablitasiya tədbirləri ilə tamamlanmalıdır.
- Azərbaycanın istənilən nöqtəsində səhiyyə əlçatanlığı təmin edilməlidir. Bunu rayon xəstəxanaları təmin etməlidir.
- Səhiyyə sistemi üçün əgər hədəf pasiyentlərin sağlamlığını təmin etməkdirsə, pasiyentlərin məmnunluğunu qazanmaqdırsa, onları dinləmək lazımdır. Pasiyent təşkilatlarını səhiyyə sistemi öz fəaliyyətinə cəlb etməlidir. Pasiyentlərin aqibətini həll edən bütün proqrammlarda, bütün komissiyalarda pasiyent təşkilatları ekspert kimi dəvət edilməlidir.