Azərbaycan Diabet Liqası Azərbaycan Səhiyyə Nazirliyi tərəfindən 6-10 Avqust 2023-cü il tarixlərində Respublika Endokrinoloji Mərkəzin (REM) iki həkimi Yeganə Sultanova və Səriyyə Ağayeva, eləcə də 5 nəfər şəkərli diabet tip 1 diaqnozlu yeniyetmələr İsrailin Alon Tavorda yerləşən JDRF tərəfindən təşkil edilən yay düşərgəsinə dəvət aldılar. Səhiyyə Naziri və onun əməkdaşlarına, Azərbaycan Respublikasının İsrail Dövlətində fövqəladə və səlahiyyətli səfiri Muxtar Məmmədova, bizə sponsorluq edən AS holdinqin sosial proqramlar üzrə rəhbəri Ruthie Rubin-Gross'a və onun rəhbərliyinə, Juvenil Diabet Araşdırma Fondunun (JDRF) rəhbəri xanım Efrata, yay düşərgəsinin rəhbəri Tamara xanıma və orada olan bütün könüllülərə, bizim azərbaycanlı uşaqlarının qrup rəhbəri Elada, bizim qrup və uşaqların valideynləri adından çox maraqlı layihənin həyata keçməsilə bağlı TƏŞƏKKÜRÜMÜZÜ BİLDİRİRİK. Baxmayaraq ki, ADL 2000-ci ildən diabetli uşaqlar və yeniyetmələr üçün yay düşərgələri təşkil edir, bu çox maraqlı təcrübə idi. Belə yay düşərgələrində dostluq, diabetlə yaşamaq təcrübəsi, parlaq gələcəyə inam yaranır.